AZ

Pezeşkiandan gözlənilməz qərar: “Başqa çarəmiz yox idi”

İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında ölkənin paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, prezident planın hazırlanmasına cavabdeh olaraq birinci müavini Məhəmmədrza Arifi təyin edib.

“Biz ölkənin cənubundan və dənizdən ilkin resursları mərkəzə gətirmək və məhsula çevirmək və sonra ixrac etməkdə davam etmək istəyirik. Cənuba göndərsək, bu, ciddi şəkildə dəyərdən düşəcək və rəqabət qabiliyyətimizi aşağı salacaq. Bizim ölkənin iqtisadi-siyasi mərkəzini (Tehran) cənuba və dənizə yaxın yerə köçürməkdən başqa çarəmiz yoxdur”, - Pezeşkian bildirib.

İran prezidentinin sözlərinə görə, problem həll olunmasa, gələcəkdə ekoloji problemlərlə üzləşəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
teleqraf.com

1Mənbələr