AZ

Bir uşağın məktəbəqədər illik xərci 4200 manata başa gəlir

Bir uşağın məktəbəqədər hazırlığa cəlb olunması il ərzində 4200 manata başa gəlir.  Bunu elm və təhsil naziri Emin Əmrllayev deyib. 
 
"Bir uşağın bir il məktəbəqədər hazırlığa cəlb olunması 4200 manata başa gəlir. Ortada hər il orta hesabla 120 min uşaq doğulur. Yarım milyon uşağı məktəbəqədər təhsillə əhatə etmək istəyiriksə cari il xərclərimiz üçün 2 milyard manat hesablamalıyıq. Bu real görünürsə bunu müzakirə etməyə dəyər. Ona görə də alternativ modellərdən danışmalıyıq. Bağçada bir yerə görə xərclənən investisiya xərci təxminən 20 manatdır. 100 nəfərlik bağça təxminən 200 milyon məbləğində investisiya tələb edir. Bu kifayət qədər böyük xərclərdir. Nazirlik alternativ modellərdən istifadə etməklə məktəbəqədər təhsilin əhatəliyini artırmağa çalışır", - nazir Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib. 
 
Nazir bildirib ki, növbəti il daxil olmaqla uşaqların məktəbəqədər təhsilə cəlb olunması 16%-dən 40%-ə çatdırılması planlaşdırılır. 
 
Əmrullayev vurğulayıb ki, növbəti islahatlardan biri ananın işləməsini nəzərə alan məsələnin müzakirəsi ola bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
11
anews.az

1Mənbələr