Yaponiyada dərman kimi istifadə edilən və sağlamlığa çoxsaylı faydaları ilə tanınan Kombu çayı xüsusilə ürək-damar sisteminin qorunmasında və damarların təmizlənməsində əhəmiyyətli rol oynayır.
Musavat.com bildirir ki, Kombu çayı yaşıl çayın fermentasiya edilmiş forması olaraq, güclü probiotik mənbəyi kimi bağırsaq sağlamlığını dəstəkləyir və zəngin antioksidant tərkibi sayəsində zərərli bakteriyaların məhv edilməsindən tutmuş xərçəngə qarşı qoruyucu təsirə qədər müxtəlif faydalar təmin edir.
Bu çayın ilk dəfə Çin və Yaponiyada istehlak edildiyi düşünülür. Siyah və ya yaşıl çaya maya və şəkər əlavə edildikdən sonra bir həftə və ya daha uzun müddət saxlanılması ilə əldə edilir. Bu proses zamanı yaranan bakteriya və mayanın yaratdığı mantarəbənzər təbəqə Kombu çayının “mantar çayı” kimi tanınmasına səbəb olur. Bu təbəqə canlı bakteriya və maya koloniyasıdır və yeni Kombu çayı hazırlamaq üçün də istifadə edilə bilər.
Antioksidantlarla zəngin olan Kombu çayı sərbəst radikallarla mübarizə apararaq hüceyrələri zərərli molekullardan qoruyur. Xüsusilə, yaşıl çayla hazırlandıqda qaraciyərdə antioksidant təsiri ilə bədənin yenilənməsinə kömək edir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq Kombu çayı içmək toksik kimyəvi maddələrin səbəb olduğu qaraciyər zədələnməsini ən azı 70% azalda bilər.
“Daily Mail”də yayımlanan bir araşdırmaya görə, maya və bakteriyalardan ibarət olan Kombu çayı diabet riskini azaltmağa kömək edir. Qan şəkərini tənzimləyən Kombu çayı arıqlama prosesində də təsirli olur. 12 könüllü ilə aparılan bir araşdırmada 4 həftə boyunca axşam yeməyində Kombu çayı içməyin qan şəkəri səviyyəsini azaltdığı müşahidə edilib. Bakteriya və maya ilə fermentasiya edilərək hazırlanan Kombu çayı bağırsaqlardakı faydalı bakteriyaların sayını artırır.
Xərçəng dünyada əsas ölüm səbəblərindən biri olaraq qalır. Hüceyrə mutasiyası və nəzarətsiz hüceyrə artımı ilə ortaya çıxan bu xəstəlik ətraf mühit faktorlarından genetik səbəblərə qədər geniş bir səbəblər zəncirinə malikdir. Laboratoriya tədqiqatlarında yüksək konsentrasiyalı çay polifenolları və antioksidantlara sahib olan Kombu çayı xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını əngəlləməyə kömək edib. Hər nə qədər çay polifenollarının xərçəngə qarşı qoruyucu təsirinin necə inkişaf etdiyi tam olaraq aydın olmasa da, təsirinin olduğu elmi olaraq sübut edilib.
Yaponiyanın təbii vasitələrə əsaslanan sağlamlıq yanaşması bütün dünyaya nümunə olur. Kombu çayının beynəlxalq miqyasda daha geniş istifadəsi insanların həyat keyfiyyətini artırmağa kömək edə bilər.
Musavat.com