AZ

COP29-da şəhər ərazilərinin yenidən qurulması ilə bağlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) onuncu günündə Yaşıl Zonada "Bakıda insanyönümlü şəhər: Dayanıqlı gələcək üçün şəhər ərazilərinin yenidənqurulması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə AYNA-nın nümayəndəsi və həmçinin nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, "City for People" konseptinin təqdimatını, görüləcək işləri, layihələri və ekosistemin sağlamlığının təkmilləşdirilməsi barədə açılış nitqi söyləyib.
Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib.
Çıxışçılar qismində Vüsal Rəcəbli, Naim Əzizov, Gülnarə Aslanbəyli və Seymur Niftaliyev məruzə ediblər. Qonaqlar ekoloji təhlükəsiz taksi xidmətləri, Bakıda mikromobilliyin genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, panel sessiyası Maarifə Paşayeva tərəfindən aparılıb.
Xanım Aydın
Seçilən
23
38
oxu.az

10Mənbələr