AZ

İsrail Suriyanın Palmira bölgəsini vurdu

SANA xəbər verir ki, Suriyanın Palmira bölgəsi yaxınlığında partlayış səsləri eşidilib.

Suriya dövlət agentliyinin məlumatına görə, ölkə ərazisinə zərbələr İsrail tərəfindən həyata keçirilib. Hücum nəticəsində yaşayış binaları və sənaye müəssisələri zərər görüb. “Arab News” ən azı dörd yaraqlının və altı mülki şəxsin həlak olması barədə yazır. İsrail Palmiradakı partlayışlarla bağlı xəbərləri şərh etməyib.

İsrail ordusu Suriyada Livan “Hizbullahı ilə əlaqəli hərəkatların mövqelərinə dəfələrlə hücumlar elan edib. Sentyabrın sonunda İsrail Livanda “Şimalın oxları” əməliyyatına başlayıb və bildirilmiş məqsədi hərəkatdan gələn təhlükələri aradan qaldırmaqdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr