Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) rəhbəri Kamçibek Taşiyev Qırğızıstan prezidenti Sadır Japarova qarşı sui-qəsd planlarını açıqlayıb.
Publika.az-ın məlumatına görə, Taşiyev bildirib ki, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Sadır Japarovun həyatına iki sui-qəsd cəhdinin qarşısını alıblar.
MTN rəhbəri əlavə edib ki, o da bir neçə dəfə sui-qəsdlərin hədəfi olub. Kamçibek Taşiyev, "mənə qarşı 5-6 sui-qəsd hazırlanıb", - deyə bildirib.
Komitə rəhbəri qeyd edib ki, bu cəhdlər hələ də davam edir.