AZ

İmran Xan azadlığa buraxıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və "Təhrik-i-İnsaf" ("Ədalət naminə hərəkat") müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Dawn" qəzeti məlumat verib.
Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, keçmiş baş nazir və onun həyat yoldaşı Buşra Bibi iyulun 13-də həbs ediliblər. Daha sonra Buşra Bibi girov müqabilində azadlığa çıxa bilsə də, İmran Xanın həbsinin davam etməsinə qərar verilib.
Qeyd edək ki, İmran Xan və Buşra Bibinin həbs olunmaları onların xarici hədiyyələri qeyri-qanuni satmaları ilə bağlıdır. Hədiyyələr arasında 7 ədəd "Graff" və "Rolex" saatları, o cümlədən 10 ədəd brilyant və qızıldan ibarət zinət əşyaları da var. Ehtimal edilir ki, bu zinət əşyaları dövlətin "Toşaxana" anbarına təhvil verilməyib və cütlük tərəfindən satılıb.
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Bu onun səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş verib.
Seçilən
33
5
oxu.az

10Mənbələr