AZ

Niderland rəsmisi: "Nəqliyyat dəhlizlərində emissiyaları azaltmaq üçün səylər birləşdirilməlidir"

Nəqliyyat dəhlizlərində bütün daşınma növlərində, xüsusilə də ağır yük daşıyan avtomobillərdə emissiyaları azaltmaq üçün səylər birləşdirilməlidir.

"Report" xəbər verir ki, bunu Niderlandın ətraf mühit və beynəlxalq əlaqələr nazirinin müavini Aafke van Rijn COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

O qeyd edib ki, standartlaşdırma və tənzimləmə yolu ilə innovasiyaların təşviqi və bərabər şəraitin təmin edilməsi çox vacibdir: "Ağır yük daşıma dəhlizlərini karbonsuzlaşdırmaq üçün bizə həm akkumulyator, həm də yanacaq elementi ilə işləyən elektrik nəqliyyat vasitələri, eləcə də yeni aşağı karbonlu yanacaq lazımdır. Buna görə də kifayət qədər enerji doldurma və hidrogen yanacaq doldurma infrastrukturunun olması çox vacibdir".

Onun sözlərinə görə, ölkələri, şəhərləri və limanları birləşdirən dəhlizlər gündəlik həyatda və ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır: " İqlim dəyişikliyi, eləcə də havanın keyfiyyəti üçün emissiyaların azaldılması ilə bağlı məqsədlərimizi həyata keçirmək üçün dəhlizlərimizdə yükdaşıma sektorundan emissiyalarla mübarizə aparmağımız vacibdir. Sərnişin nəqliyyat vasitələri və avtobuslar üçün davamlı və ağıllı mobilliyə keçid baş verir. Biz görürük ki, xüsusilə akkumulyator elektrik texnologiyası sürətlə inkişaf edir, qiymətlər aşağı düşür və çeşid əhəmiyyətli dərəcədə artır. Sıfır emissiyalı yük maşınları və avtobuslar üçün güclü və iddialı siyasət rıçaqlarını qurmuş hökumətlər indi erkən texnologiya investisiyalarını cəlb edəcək, ilk növbədə və ən güclü şəkildə iqtisadi faydalardan istifadə edəcəklər".

Seçilən
9
1
report.az

2Mənbələr