Amma biz təkcə onun günahkar olmadığını düşünürük. Millətlər Liqasındakı uğursuz nəticədə futbolçuların günahı nə qədərdi? Bəs Fernando Santuşla AFFA-nın?
Bu suallara təcrübəli mütəxəssis Ağasəlim Mircavadov cavab verdi:
“Futbolçuların klublardakı hazırlığı o qədərdi. AFFA futbol oynamır, təşkilatçılıqla məşğuldu. Futbolçular klublardan gəlir. Bəs siz niyə bu klublardan yazmırsız? “Ay filan klub, sənin oyunçun niyə belə oynadı” kimi suallar vermirsiz? Ola bilər ki, gücünüz çatmır. Ümumi futbola baxmaq lazımdı. Bakı şəhərində meydançalarımız yoxdu. Bu yaxınlarda U-21 ilə birlikdə İrlandiyada oldum. Saydım, orda 12 meydança var idi - 10-u təbii, 2-si süni örtüklü. Niyə bütün klublar Bakıya yığışıb? Hamısının günahı var. Mənim də günahım var. Məşqçilik etməsəm də, ürəyim ağrıyır. Dünən oyuna tam baxa bilmədim.1995-96-cı illərdə başlayanda belə oynamırdıq. Futbolçular həmin zamanlar istəkli idi. Belə nüanslar çoxdu. Qlobal məsələləri həll etmək lazımdı. Fernando Santuş mətbuat konfransında deyib ki, günahkar mənəm. Hər birinin günahı var. Biz istəyirik ki, 3-5 ilə futbolumuz daha yaxşı olsun, uşaqlarımız gedib xaricdə oynasınlar. Tbilisi “Dinamo”sunun 16 yaşlı müdafiəçisi İspaniyaya gedəcək. Gürcüstan millisindəki futbolçuların üçü yerli klublarda çıxış edir, qalanı isə legioner həyatı yaşayır”.
ƏSƏD SEYİDOV