AZ

Britaniyadan Ukraynaya əlavə hərbi yardım ayrıldı - 7.5 milyon funt-sterlinlik

Böyük Britaniya Ukraynaya yeni hücum və müşahidə dronları üçün 7,5 milyon funt-sterlinlik əlavə hərbi yardım göstərəcəyini elan edib.  

Valyuta.Az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili (John Healy), Rusiya-Ukrayna müharibəsinin 1000-ci günündə parlament iclasında çıxış edərək açıqlamalar verib.  

Con Hili beynəlxalq tərəfdaşlar və müttəfiqlərin Ukraynanı dəstəkləmək və Rusiya prezidenti Vladimir Putinin uğursuzluğunu təmin etmək üçün birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb.  

Nazir, yeni hücum və müşahidə dronlarının alınması üçün Ukraynaya maliyyə dəstəyi göstərildiyini qeyd edib. Bu yardımın, Böyük Britaniya və Latviya tərəfindən rəhbərlik edilən pilotsuz uçuş aparatları koalisiyası çərçivəsində illik 3 milyard funt-sterlinlik fond vasitəsilə həyata keçiriləcəyi bildirilib.  

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada, Ukraynaya hərbi dəstəyin genişləndiriləcəyi və bu məqsədlə 7,5 milyon funt-sterlinin yeni hücum və müşahidə dronları üçün ayrılacağı qeyd olunub.  

Açıqlamada, bu hərbi yardımın Ukrayna Silahlı Qüvvələrinin Rusiya qarşısındakı imkanlarını əhəmiyyətli dərəcədə artıracağı vurğulanıb.  

Rəhim

Seçilən
26
valyuta.az

1Mənbələr