“Bizim üçün ən vacib olan şey meydanı məğlub tərk etməməkdir”.
Bu sözləri apasport.az saytına açıqlamasında Elvin Yunuszadə deyib.
“Qəbələ”nin futbolçusu “Karvan”la oyun barədə fikirlərini bildirib: “Qəbələ”də hər şey qaydasındadır. Bütün məsələlər plan üzrə hərəkət edir. Hamı başını aşağı salıb öz işini görür. Mehribançılıq var. Çox savadlı baş məşqçimiz var. Meydançanın hər qarışında futbolçulara nə etmək lazım olduğunu izah edir. Çox dərin, böyük fəlsəfəsi var. Onun dediyini yerinə yetirsək, başqa heç nə etməyə ehtiyacımız qalmayacaq. İndiki nəticələrimizin alınmasında hər bir şəxsin əziyyəti var. Başda çalışdırıcımız Kaxaber müəllim olmaqla, oyunçularımız, həkim heyəti, inzibati qruplarımız öz üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər. Qarşıda səfərdə "Karvan"la vacib oyun var. Heç bir problem, komandadaxili ziddiyət yoxdur. Biz hər oyuna ciddi yanaşırıq. Qol buraxmamağımız isə komandada daha çox ruh yüksəkliyi yaradacaq".
Qeyd edək ki, “Qəbələ” noyabrın 27-si səfərdə “Karvan”la üz-üzə gələcək.
Hacı Heydər
Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
Azərbaycanlı hakim "Fənərbaxça"nın ÇL matçını idarə edəcək
Millimiz Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
"Neftçi" - "Zirə" matçının hakimləri açıqlanıb
Millimizin DÇ-2026-nın seçmə mərhələsinin püşkatmada yer alacağı səbət dəqiqləşib