AZ

COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər - Nigeriyalı baş redaktor

Bakı. Trend:

Düşünürəm ki, COP29 həm iqlim, həm də neokolonializmdən əziyyətçəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platforma rolu oynayabilər.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Nigeriyanınİqlim Savadlılığı və Ədalət üçün “DA News Media Advocacy”agentliyinin baş redaktoru Abdullahı Dare Akogun deyib.

O qeyd edib ki, Nigeriya təbii sərvətlərlə zəngin ölkədir və buöz növbəsində çox böyük problemlər yaradır:

“Nümunə kimi meşələrdə ağacların kəsilməsi və təbii sərvətlərintalanmasını göstərmək olar. Buna isə müxtəlif ölkələrin şirkətlərisəbəb olur. Düşünürəm ki, COP29 həm iqlim, həm də neokolonializmdənəziyyət çəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platformarolu oynaya bilər.

Bizə bu imkanı yaratdığına görə Bakı Təşəbbüs Qrupunaminnətdaram. Xüsusilə vurğulamaq lazımdır ki, Bakıda təşkil olunmuşCOP29 zamanı iqlim dəyişikliyinin yaratdığı problemlərdən çıxışyolları müəyyənləşdi. Bundan sonra da Bakı Təşəbbüs Qrupu ilə davametdirəcəyimiz əməkdaşlıq bu prosesə töhfə verəcək”.

Seçilən
12
2
az.trend.az

3Mənbələr