AZ

Alimlərə elmi adlarına görə ödəniş etmək doğru deyil - Emin Əmrullayev

Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri alimlərə elmi adlarına  görə yox, elmi fəaliyyətlərinə görə ödənişlər etməkdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 
 
"İki ilə yaxındır elm müəsisəsləri ilə yaxından işləyirik. Elmi ada görə ödənişləri 60 manatdan 80 və ya 90 manata qaldırsaq elmin inkişafında irəliləyişlər olmayacaq. Elmi ada görə ödənişlər etmək-ən müasir sistemlərdə belə bir şey yoxdur. Elmə görə ödəniş elmi nəticəyə görədir. Bizdə elmə ayrılan xərclərin böyük hissəsi əməkhaqqına görə ödənilən hissədir. Tamamilə köklü islahatlara gedib elmi xərcləri elmi nəticələrə bağlamalıyıq. Elmi nəticə varsa elm adamının maaşı yüksək olmalıdır. İnsan həyatında nə vaxtsa bir dəfə elmi ad alıbsa onu həyatı boyu heçnə etmədiyinə görə yüksək maaş vermək məntiqli deyil. Ən azı belə düşünmürük. Bir neçə həftə sonra Elm və Təhsil Nazirliyinin elmlə bağlı təkliflərini ictimaiətə təqdim edəcəyik. Yanaşmamız bundan ibarətdir ki, elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir", - nazir bildirib. 
 
Nazir vurğulayıb ki, bu il yüzə yaxın alimə elmi nəticələrinə görə ödənişlər edilib və bu cür maliyyəşmə prosesi növbəti mərəhələlərdə də davam edəcək. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
17
anews.az

1Mənbələr