İranda oktyabr ayında 166 nəfər edam olunub.
“Report” “Voanews”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı yayıb.
Bildirilib ki, ölkədə 2007-ci ildən indiyədək ən çox edam hökmü oktyabrda icra olunub.
Məlumata görə, 166 edamdan 20-si kütlə qarşısında icra olunub. Onların arasında 10-dan çox Əfqanıstan, Almaniya və İranın ikili vətəndaşı da var.
Təşkilatın açıqlamasına əsasən, bu ilin yanvar-oktyabr aylarında İranda ümumilikdə 651 nəfər edam olunub. 2023-cü il üzrə bu rəqəm 853 olub. Bu isə son səkkiz ildə ən yüksək göstəricidir.