AZ

Maddə asılılığı beyin funsionallığına necə təsir edir? — Psixoloqdan AÇIQLAMA

"Asılılıq prosesinin formalaşmasında beyni mexanizminin əhəmiyyəti böyükdür. Asılılıq beynin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki beyin xəstəliyi kimi tərif edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, psixoterapevt Ramin Allahverdiyev deyib.

Onun sözlərinə görə, beyin xəstəliyi dedikdə beyində yaranan funksional dəyişim nəzərdə tutulur:

“Burda aparıcı faktor mükafatlandırma sistemindəki dəyişimdir. Beynimizdə 200-dən çox neyrotransmitter var. Asılılıqda bizim üçün ən vacib prosesi həyata keçirən 4-5 neyrotransmitter var. Onların beyində müəyyən formada artımı və azalması asılılıq prosesinə təsir edir. 

Hər birimizin gündəlik həyatda göstərdiyi davranışlar var. Bu davranışları həyata keçirdikdə beynimizdə davranış neyrotransmitteri kimi dəyərləndirdiyimi dopamin istifadə olunur. Maşın sürmək, ləzzətli yemək yemək, sevdiklərimizlə vaxt keçirmək kimi proseslərdə beyin müəyyən miqdarda dopamin ifraz edir. İnsan bu davranışdan həzz alır".

O qeyd edib ki, insan beyni maksimum 80-100 vahid dopamin ifraz edir və bu da intim münasibət zamanı özünü göstərir:

"Hazırda AR qanunvericiliyində daşınması və satışı qadağan olunan psixostimulyatorlar qrupuna aid olan maddələrin istifadəsi zamanı beynimizdə 1ə 2000-3000 dopamin ifraz olunur. Bu ifrazdan sonra beyin əvvəl həyata keçirdiyi davranışları bloklayır. Nəticədə maddənin yaratdığı yeni davranışları həyata keçirir. Ona görə də maddə istifadəçisi olam şəxs əvvəlki davranışları sərgiləmir, əvvəlki həyatı onu qane etmir. Daim maddə axtarışında olur.

Endorfin transmiteri təbii ağrıkəsicidir. Dünyanın ən güclü ağrıkəsicisi morfindir. O da labarator şəraitdə yaradılır. Endorfin ondan qat-qat güclüdür. Çünki insan beyni onu özü ifraz edir. İnkişaf psixologiyasına nəzər salsaq, bunun ana bətnində başladığını və sonraki mərhələlərdə davam etdiyini görərik. Uşaqlıqda şiddətli emosional və fizioloji travma görən insanlarda endorfin sistemində müəyyən bloklanmalar olur. Onlar da həmin endorfini gələcəkdə kənardan qəbul etdiyi maddənin asılılığı ilə konpensasiya edir".

Psixoloq bildirib ki, maddə istifadəsi zamanı ön tavan bölgəsindən dopamin ifraz olunur:

"Onun bir miqdarı amiqdalaya gedir. Amiqdala bizim duyğularımızdan və təhlükəsizliyimizdən məsuliyyət daşıyır. Amiqdala mesaj verir ki, bura təhlükəsizdir, istifadə edə bilərsən. Dopaminin bir miqdarı da hipokampa gedir. Hipokamp onu xoş xatirə kimi proqramlaşdırır. Bu ikisindən gələn mesaj mezolimpik sistemə təsir edir. Maddə istifadəsi zamanı bizim ciddi şəkildə zərər görən beyin bölgəmiz prefrontal korteksimizdir. Həmin bölgə insanın idarəetmə mexanizmini təşkil edir, proqram, analitik yanaşma, müqayisəli təhlil aparılması kimi işləri həyata keçirir".

Psixoloq problemin həlli haqqında bunları deyib: 

"Maddə asılılığı zamanı beynimizim düşünən bölgəsi ciddi zərər gördüyü üçün şəxs öz vəziyyətinə tənqidi yanaşa bilmir. Psixoloqa, psixoterapevtə qarşı ciddi bloklanmalar olur. Ona görə də şəxsin özünü tənqid prosesini aktivləşdirmək üçün psixoterapevtik müəyyən müalicə mərhələsinə yönləndirmək vacibdir". 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
18
demokrat.az

1Mənbələr