AZ

Pezeşkian paytaxtın Tehrandan köçürülməsi planının hazırlanmasına başlanıldığını bəyan edib

Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında islam respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasının başlandığını elan edib.

Bu barədə İSNA agentliyi məlumat verib. Agentliyin xəbərinə görə, Prezident özünün birinci müavini Məhəmməd Rza Arifi planın hazırlanması üzrə məsul şəxs təyin edib.

Pezeşkian deyib: "Bu məsələyə laqeyd yanaşılması gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox digər problemlərlə qarşılaşmasına səbəb ola bilər".

Hürr Tərcüman

Seçilən
38
hurriyyet.az

1Mənbələr