Bakı. Trend:
Modernləşmə, rəqəmsal əlaqə və regional əməkdaşlığa sərmayələrOrta Dəhliz boyunca darboğazların aradan qaldırılması üçünaçardır.
Trend xəbər verir ki, bunuAİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin direktor müaviniXiaohong Yang COP29 çərçivəsində "Davamlı və rəqəmsal Orta Dəhlizvə ondan kənarda" mövzusunda yüksək səviyyəli dəyirmi masadadeyib.
“Modernləşdirməyə, rəqəmsal əlaqəyə və regional əməkdaşlığainvestisiyalar əhəmiyyətli potensiala malik olan Orta Dəhlizdəkidarboğazların aradan qaldırılması üçün açardır.
"CAREC Dəhlizi 2" kimi də tanınan Orta Dəhliz Asiya Bankınındəstəklədiyi CAREC İnkişaf Proqramı (AİB) çərçivəsində hazırlanırvə bir sıra digər beynəlxalq tərəfdaşlar tərəfindən 2001-ci ildənbu yana bu proqram çərçivəsində investisiyalar son illərdə 276regional layihəni əhatə etməklə 51 milyard dollara çatıb. 24-25 ilərzində ən böyük investorlar AİB, Dünya Bankı və AvropaYenidənqurma və İnkişaf Bankıdır”.
Onun sözlərinə görə, gələcək inkişaf üçün yeni investorlar cəlbetmək lazımdır:
“CAREC layihəsində investisiyaların ən böyük payı nəqliyyatınpayına düşür - 67%, enerji sektoru 25%, ticarətin asanlaşdırılmasıvə ticarət siyasəti isə cəmi 2,7% təşkil edir".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.