AZ

Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və Vladimir Putini birdəfəlik əngəlləmək üçün nüvə silahını Ukraynaya ötürə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu fikri Britaniyanın təhlükəsizlik və müdafiə üzrə eksperti Nikolas Drummond Daily Express-ə bildirib.

Qeyd olunur ki, Trampın ABŞ seçkilərində qalib gəlməsi Ukraynada onun Rusiyaya qarşı mübarizədə amerikalılardan dəstək alıb-almayacağı ilə bağlı narahatlıqlara səbəb olub. Xüsusilə, Trampın Ukraynanı arzuolunmaz atəşkəsə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar var, lakin Drummond hesab edir ki, geri qayıdan Tramp fərqli yanaşma tətbiq edə bilər.

...Növbəti dörd il ərzində Rusiya yenidən silahlanacaq, lakin Ukrayna da bərpa olunacaq, yenidən silahlanacaq və hazırlaşacaq. Bu hazırlıq ABŞ-ın Ukraynaya nüvə silahı ötürməsini əhatə edə bilər. Razılaşma çox sakit şəkildə həyata keçirilə bilərdi və Ukrayna birdən-birə çox güclü olacaqdı.

Zelenski deyə bilər ki, ...Bizim nüvə silahımız var və siz bizə hücum etsəniz, Moskvanı bombalayacağıq.

Bunlar ekspertin bölüşdüyü fikirlərdir.

O əlavə edib ki, nüvə silahının Ukraynaya ötürülməsi Trampın kozır kartı ola bilər.

…Bu, Trampın kozu ola bilər. Bir tərəfdən Ukraynaya nüvə silahı vermək ehtiyatsızlıq ola bilər, digər tərəfdən isə regionda sülh və güc balansını bərpa edə bilər, - deyə Drummond bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ bu cür silahları Ukraynaya ötürə bilər, eyni zamanda bu ölkənin NATO-ya qəbul edilməyəcəyini bəyan edir.

Əli Babayev

Seçilən
19
1
sia.az

2Mənbələr