"Real Madrid"in hücumçusu Endrik bu qış başqa kluba keçməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, 18 yaşlı braziliyalının xidmətində "Roma", "Sauthempton" və "Real Valyadolid" maraqlıdır. Bu mənada, bir müddət əvvəl Klaudinyo Ranyerinin baş məşqçi təyin olduğu İtaliya nəhəngi daha real variant hesab olunur.
Endrik İspaniyadakı ilk mövsümündə "Real Madrid"in heyətində bütün yarışlarda 10 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə edib.
Mirağa