AZ

Belə iynə vurmaq öldürücüdür?

İynə vurulanda və ya “sistem” qoyulanda həkimlərin və tibb bacılarının ən ehtiyatla yanaşdığı nüans damara havanın düşməsidir. Bir çoxlarının fikrincə, bu halda insan dərhal ölür. Əslində, tam olaraq belə deyil.  

Paralel.az xəbər verir ki, Yenisabah.az sözügedən mövzunu araşdırıb. 

Məlum olub ki, damarın hava ilə tutulması (emboliya) və insanın bunun nəticəsində həlak olması halı o zaman mümkündür ki, iri damara birdəfəyə 20 kub.sm hava daxil olsun. Lakin adi inyeksiya zamanı bu qeyri-mümkündür.

Şprisin daxilində gördüyümüz kiçik hava qabarcıqları isə damara daxil olarsa, orqanizmdə sovrulur və heç bir ziyan vurmur. Sadəcə çox nadir hallarda iynə vurulan yerdə göyərmə əmələ gələ bilər.

“Sistem” köçürülməsi qurtaranda xəstələr adətən qorxur ki, orada qalan hava damara keçə bilər. Lakin bu fiziki olaraq da mümkün deyil. 

Adətən, “sistem” periferik damarlara (əl, qol, ayaq) vurulur. Bu damarlarda təzyiq yüksək olur və belə olan təqdirdə hava qabarcıqlarının damara daxil olması qeyri-mümkündür. Diqqətlə müşahidə etdikdə görmək olar ki, “sistem” tam qurtaranda borucuqda mayenin bir hissəsi qalır və bu hissə damara daxil olmur.  

Tibb bacıları bir qayda olaraq inyeksiya və ya “sistem” qoyduqdan əvvəl orada olan havanı çıxardırlar. Daha mürəkkəb tibbi avadanlıqlarda havanı avtomatik olaraq çıxardan xüsusi filtrlər var.

Damarın hava ilə tutulması və bununla bağlı olan ölüm halları iri damarların zədələnməsi ilə müşayiət olunan ağır travmalar, əməliyyatlar, patoloji doğuşlar zamanı mümkündür. Lakin bu da çox nadir hallarda baş verir.  

Seçilən
5
3
paralel.az

4Mənbələr