AZ

“Onlar Azərbaycana nifrət edir, səbəb isə...”

Məlum olduğu kimi, bu gün Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb və ona Azərbaycan dövləti adından etiraz bildirilib. Buna səbəb isə Fransanın COP29-un fəaliyyətinə əngəl törətməyə cəhd etməsi, Azərbaycanla bağlı təxribatlarını davam etdirməsidir.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Fransa daim təxribatla məşğul olan bir dövlətdir. Fransanın indiki dövlət başçısı özünü hamıdan ağıllı hesab edir və Azərbaycanın müəllifi olduğu bir çox tədbirlərə, təşəbbüslərə qarşı çıxır.

 

Fransanın COP29-la bağlı təxribatçı fəaliyyəti Azərbaycana olan nifrət hissindən qaynaqlanır. Bu, sadəcə ermənipərəstliklə bağlı deyil. Fransanın indiki hakimiyyətində Azərbaycana qarşı nifrət var. Bu nifrəti hər vasitə ilə büruzə verməyə çalışır. Fransanın Azərbaycana nifrət etməsinə səbəb isə ölkəmizin neokolonializmi tənqid etməsi, bu reallığı gündəmə gətirməsidir. Məhz bunu həzm edə bilməyən Fransa, hər vasitə ilə Azərbaycana mane olmağa, onun təşkilatçılıq etdiyi tədbirləri əngəlləməyə çalışır. Ancaq Fransa bilməlidir ki, onun bütün bu təşəbbüsləri nəticəsiz qalacaq və Azərbaycan öz haqq işini əzmlə davam etdirəcək”.

 

Seymur ƏLİYEV

Seçilən
20
moderator.az

1Mənbələr