"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 53 yaşlı ispaniyalı mütəxəssis və onun köməkçiləri İngiltərə klubunda daha bir qalmağa razılıq veriblər. Onun yeni müqaviləsi 2027-ci ilə qədər olacaq. Yaxın günlərdə məlumatın rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Xosep Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2026-ci ilə qədərdir. O, "şəhərlilər"i 2016-cı ildən bəri çalışdırır.