AZ

10 dəqiqəlik fasiləyə kim səbəbkar oldu?

Millətlər Liqasının Niderland - Macarıstan matçında 10 dəqiqəlik fasilə yaranıb.

Buna qonaq komandanın məşqçilərindən birinin halının pisləşməsi səbəb olub. Macarıstan yığmasının sabiq oyunçusu olan Adam Salai matçın 7-ci dəqiqəsində huşunu itirib. Həkimlərin ilkin müdaxiləsindən sonra 36 yaşlı məşqçi xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilib.

Matç Niderland yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
128
football-plus.az

1Mənbələr