AZ

"Blackstone" "Jersey Mike's"in əsas pay sahibinə çevrilir - 8 milyardlıq razılaşma

"Blackstone" sandviç şəbəkəsi olan "Jersey Mike's Subs" şirkətinin əsas payını almaq üçün razılıq əldə etdiyini açıqlayıb.  

Valyuta.Az xəbər verir ki, xüsusi kapital fondları vasitəsilə "Jersey Mike's Subs"da əsas pay əldə ediləcək. Razılaşmaya əsasən, şirkətin qurucusu və CEO-su Piter Kankro (Peter Cancro) səhmlərinin əhəmiyyətli hissəsini saxlayacaq və rəhbərliyi davam etdirəcək.  

Açıqlamada bildirilib ki, bu tərəfdaşlıq "Jersey Mike's"ın ABŞ və beynəlxalq bazarlarda genişlənməsini sürətləndirəcək və texnologiya sahəsindəki yatırımlarını dəstəkləyəcək. Razılaşmanın tənzimləyici orqanların təsdiqi ilə 2025-ci ilin əvvəlində tamamlanması planlaşdırılır.  

ABŞ mətbuatında sövdələşmənin 8 milyard dollar dəyərində olduğu qeyd edilib.  

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr