AZ

İctimai nəqliyyatın inkişafı üçün nələr edilməlidir?

“İctimai nəqliyyatda subsidiyanın artırılması gözlənilirdi”. 

Bu sözləri Hit.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib. 

O bildirib ki,  ölkənin ictimai nəqliyyatı inkişaf etməlidir:

 “Bu sahəni inkişaf etdirmək üçün elektroavtobusların gətirilməsinə ehtiyac var. İritutumlu şəhərətrafı və şəhəri birləşdirən avtobuslar gətirilməlidir. Onu da deyim ki, işğaldan azad edilmiş ərazilərdə yeni avtobusların gətirilməsi və istifadəyə verilməsi planlaşdırılır. Bu səbəbdən də məlum sahəyə subsidiyanın ayrılması gözlənilən idi”.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir. 

Qeyd edilir ki, əsasən ictimai nəqliyyatda islahatlarla bağlı 150 milyon manat subsidiya proqnozlaşdırılması, dövlət zəmanəti verilmiş kreditlərin faizinin subsidiyalaşdırılması xərclərinin 59,2 milyon manat (36,3 dəfə), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılacaq subsidiyanın 41,6 milyon (9,4 % artımla) nəzərdə tutulması ilə bağlıdır. 

Sevinc

Seçilən
17
hit.az

1Mənbələr