“Tottenhem” Bentankurun qadağasına etiraz edib.
Futbolpress.az xəbər verir ki, “Tottenhem” yarımmüdafiəçi Rodriqo Bentankurun cəza müddətinə görə apellyasiya şikayəti verdiklərini açıqladı. Klubun mətbuat xidməti qeyd edir:
“Müstəqil tənzimləyici komissiyanın Rodriqonu məhkum etməsini qəbul etsək də, sonrakı cəzanın ağır olduğuna inanırıq.
Apellyasiyaya baxılana qədər Rodriqo daxili yarışlardan kənarda qalacaq və klub bu müddət ərzində əlavə şərh verməyəcək”.
27 yaşlı uruqvaylı futbolçu mediaya verdiyi reportajda təhqiredici və irqçi ifadələrdən istifadə etdiyinə görə 7 oyunluq cəzalandırılıb.