“Sport24” nəşri 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasının ən sürətli 10 futbolçusundan ibarət siyahını dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Tottenhem”in niderlandlı mərkəz müdafiəçisi Mikki van de Ven qərarlaşıb – 37,12 km/saat.
İkinci pillədə “Mançester Siti”nin portuqal mərkəz yarımmüdafiəçisi Mateus Nunes yer alıb – 36,72 km/saat.
İlk üçlüyü “Ayaks”dan icarə əsasında “Vulverhemton”da çıxış edən portuqaliyalı sol cinah hücumçusu Karluş Forbs qapayır – 36,57 km/saat.
Cari mövsümdə İngiltərə Premyer Liqasının ən sürətli oyunçularının onluğunu təqdim edirik:
- Mikki van de Ven (“Tottenhem”) – 37,12 km/saat;
- Mateus Nunes (“Mançester Siti”) – 36,72 km/saat;
- Karluş Forbs (“Vulverhemton”) – 36,57 km/saat;
- Antoni Elanqa (“Nottingem Forest”) – 35,90 km/saat;
- Mixaylo Mudrik (“Çelsi) – 35,79 km/saat;
- Erlinq Haland (“Mançester Siti”) – 35,74 km/saat;
- Timo Verner (“Tottenhem”) – 35,69 km/saat;
- Entoni Robinson (“Fulhem”) – 35,63 km/saat;
- Qabriel Martinelli (“Arsenal”) – 35,57 km/saat;
- Amadu Onana (“Aston Villa”) – 35,54 km/saat.