AZ

Millinin 16 faciəsi - Ta Qalidən Stokholma qədər... “QARA SİYAHI”

Azərbaycan millisinin İsveç önündə darmadağın olması futbol ictimaiyyətini haqlı şəkildə qəzəbləndirdi.

Çoxdandır bu cür məğlubiyyət yaşanmırdı.

Ölkə futbolunun inkişafı haqda bəh-bəhlə danışılırdı deyə, hər şeyin yaxşı olacağına ümid edirdik. Bir də, AFFA rəhbərliyindəki dəyişikliklərdən sonra gülün üstündə bülbülün oturacağına ümid edirdik.

Görünən odur ki, 30 ildə heç nə dəyişməyib. Müstəqillik tarixinin ilk illəri 90-larda, futbola milyonlar axın edən 2000-lərdə necə idisə, bu gün də eyni haldır. Dəyişən yalnız adlardır, vəssalam.

Azərbaycan seçməsi 1992-ci ildə ilk oyununu keçirdiyi gündən bu yana darmadağınlara alışıb. Məşqçi və futbolçular dəyişsə də, nəticələr oxşar qalıb.

3 top fərqi ilə qeydə alınan məğlubiyyətləri siyahıya salsaq, başınız gicəllənəcək deyə, 5 və daha artıq top fərqi ilə uduzulan oyunların siyahısını təqdim edirik.

19 aprel, 1994. Ta Qali. YO. Malta – Azərbaycan 5:0

6 sentyabr, 1995. Oser. AÇ. Fransa – Azərbaycan 10:0

2 iyun, 1996. Oslo. DÇ. Norveç – Azərbaycan 5:0

11 oktyabr, 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

26 mart, 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan 7:0

18 fevral, 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0

26 mart, 2005. Varşava. DÇ. Polşa – Azərbaycan 8:0

15 avqust, 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan 6:0

24 mart, 2007. Varşava. AÇ. Polşa – Azərbaycan 5:0

17 oktyabr, 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya 1:6

9 iyun, 2009. YO. Bakı. Azərbaycan - İspaniya 0:6

7 sentyabr, 2010. AÇ. Köln. Almaniya - Azərbaycan 6:1

13 oktyabr, 2014. Osiyek. AÇ. Xorvatiya - Azərbaycan 6:0

27 mart, 2023. AÇ. Solna. İsveç - Azərbaycan 5:0

19 noyabr, 2023. AÇ. Brüssel. Belçika - Azərbaycan 5:0

19 noyabr, 2024. ML. Stokholm. İsveç – Azərbaycan 6:0

Bu, yenə qeyd edirik, dünyanın az qala hər yerində 5 və daha artıq top fərqi ilə şahidi olduğumuz yenilgilərdir. 3-4 top fərqi ilə olanları da yazsaq, azı iki bu qədər olacaq.

Odur ki, üzülməyə, nəyisə dərd etməyə gərək yoxdur. Azərbaycan futbolunun dünəni necəydisə, bu günü də elədir.

Sabahı da eyni cür olacaq. İtirilən illərdir, qazanılan kimlərinsə ciblərinə axan pullardır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
38
sportinfo.az

1Mənbələr