AZ

ABŞ Dövlət Departamenti ardıcıl ikinci il ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayında əhəmiyyətli artım olduğunu elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, 2023-2024-cü tədris ili ərzində ABŞ-da 1130 azərbaycanlı təhsil alır. Bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir. Bu münasibətlə səfirlik Bulvar ərazisində yerləşən COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi tədbir təşkil edib. Tədbirdə çıxış edən ABŞ səfiri Mark Libbi bildirib:

"Aydındır ki, Amerika Birləşmiş Ştatlarında təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞ dünyanın hər yerindən gələn 210-dan çox ölkə və regionun tələbələri üçün ən cəlbedici təhsil məkanıdır."

Səfirlik qeyd edib ki, ABŞ 1,126,690 beynəlxalq tələbə ilə beynəlxalq təhsil üçün qlobal miqyasda ən yaxşı istiqamət kimi tanınır. Beynəlxalq tələbə mobilliyi diplomatiya, innovasiya, iqtisadi rifah və milli təhlükəsizlik baxımından mühüm rol oynayır.

ABŞ Dövlət katibi Entoni Blinken isə bildirib:

"Beynəlxalq mübadilələr kritik məsələlərdə əməkdaşlıq etməyimizə kömək edən yeni əlaqələr yaradır... Buna görə də beynəlxalq təhsil diplomatiyamızın və milli təhlükəsizliyimizin vacib hissəsidir."

Ətraflı məlumat Beynəlxalq Təhsil Mübadiləsi üzrə illik Açıq Qapılar Hesabatında mövcuddur. Bu hesabat Beynəlxalq Təhsil İnstitutu (IIE) tərəfindən hazırlanıb və ABŞ ilə beynəlxalq tələbə mobilliyinə dair ətraflı məlumat təqdim edir. Hesabat, Beynəlxalq Təhsil Həftəsi (18-22 noyabr 2024-cü il) çərçivəsində ABŞ Dövlət Departamenti və ABŞ Təhsil Departamentinin birgə təşəbbüsü ilə dərc edilib. Hesabatı opendoorsdata.org saytından əldə etmək mümkündür.

ABŞ-da təhsil imkanları, o cümlədən təqaüdlər barədə daha çox məlumat əldə etmək istəyən tələbələr və valideynlər aşağıdakı resurslardan faydalana bilərlər:

EducationUSA Azerbaijan Facebook səhifəsi

Amerika Şurası Azərbaycan veb-saytı

EducationUSA ABŞ Dövlət Departamentinin beynəlxalq tələbə məsləhət mərkəzlərinin qlobal şəbəkəsidir. Şəbəkə ödənişsiz xidmət göstərir və ABŞ-da akkreditə olunmuş təhsil müəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, əhatəli və yenilənmiş məlumat təqdim edir. Bununla da dünya üzrə tələbələrə ABŞ ali təhsilini təbliğ edir.

Əlavə məlumat:

 

International Education Week 2024

2024 International Education Week from U.S. Education Secretary Miguel Cardona

Promoting Access to U.S. Higher Education: International Students with Disabilities

EducationUSA Website

 

 

Seçilən
65
turan.az

1Mənbələr