AZ

Avaralıqla məşğul olmağın məsuliyyəti varmı?

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Dilənçilik, yəni avaralıqla məşğul olan şəxslər cərimələnə bilərmi?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bunun 10 günədək həbs məsuliyyəti var:

“İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən, dilənçiliklə məşğul olan insanlara xəbərdarlıq edilir. Bu tədbirlər kifayət sayılmadıqda, 10 günə qədər müddətdə inzibati həbs tətbiq olunur. Yetkinlik yaşına çatmayan şəxslərin yetkinlik yaşına çatmış şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsinə görə isə 50 manatdan 90 manatadək məbləğdə cərimə müəyyən olunub. Əgər bununla yenə də cinayət əməlinə davam edirsə, 5 gündən 15 günədək həbs olunur”.

Murad


 

Seçilən
29
2
hit.az

3Mənbələr