İspaniyanın Toledo əyalətində yerləşən əczaçılıq laboratoriyasında partlayış baş verib.
Publika.az "Europa Press"ə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər yaralanıb
Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis əməkdaşları və təcili yardım maşınları gəlib.
Yaxınlıqda yerləşən zavod boşaldılıb.
Əyalətin rəhbəri Karlos Velaskes hadisənin nəticələrinin aradan qaldırılmasına şəxsən nəzarət etmək üçün hadisə yerinə gedib.