AZ

“Yoldaşlıq görüşü idi, nəticə bizim üçün əhəmiyyət daşımırdı” – sensasiyanı izah etdi

Region Liqasına hazırlığı davam etdirən “Xankəndi” noyabrın 16-da Yevlaxda “Karvan” ilə yoldaşlıq oyunu keçirib. 1-ci liqanın lideri “Karvan” yeni yaranmış komanda ilə heç-heçə edib – 1:1.

Doğma meydanda liderin qalib gəlməsinə mane olan səbəb nə idi? Rəqibə ciddi yanaşmamaq, yoxsa oyunun yoxlama xarakteri daşıması?

Bu sualları “Karvan”ın baş məşqçisi Kənan Kərimova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Xankəndi”nin yaranması bizim üçün böyük sevincdi. Komandanın rəhbəri Elnur bəyə uğurlar arzulayıram. Fasilə olduğuna görə məşqlərə üstünlük verirdik, elə bu qarşılaşmanı da məşq kimi qəbul etdik. Bizdən xahiş etdilər, oynadıq. Bu oyun uzun müddətdi oynamayan, oyun praktikası baxımından əziyyət çəkən futbolçulr üçün də bir növ məşq oldu. Yoldaşlıq görüşü idi, nəticə bizim üçün əhəmiyyət daşımırdı. “Xankəndi”nə uğurlar arzulayıram, ümid edirəm ki, Region Liqasında çempion olaraq ikinci liqaya qalxarlar”.


AYGÜN MİRZA
Seçilən
20
football-plus.az

1Mənbələr