AZ

Hazırkı geosiyasi qeyri-sabitlik şəraitində Orta Dəhliz əsas açar rolunu oynayır

Xüsusilə hazırkı geosiyasi qeyri-sabitlik şəraitində Orta Dəhliz əsas açar rolunu oynayır.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya İnfrastruktur və Nəqliyyat Nazirliyinin diplomatik müşaviri Giovanni Donato COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“İnfrastrukturun dayanıqlığının, etibarlılığının gücləndirilməsi, rəqəmsal əlaqənin, məlumat mübadiləsinin təşviqi, inkişaf naminə regional əməkdaşlığın, tərəfdaşlığın dəstəklənməsi Avropa və Asiya arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsi əsas şərtlərdəndir”, - deyə İtaliya rəsmisi əlavə edib.

Onum sözlərinə görə, əsas məqsəd İtaliyanı Mərkəzi Asiya və Hind-Sakit Okean regionundan gələn məhsullar üçün Orta Dəhliz vasitəsilə əsas limana və Avropaya giriş qapısına çevirməkdir.

Seçilən
25
ikisahil.az

1Mənbələr