AZ

İsrailin Baş Təhlükəsizlik Xidmətinin direktoru Türkiyəyə niyə gedib?

Bir neçə gün əvvəl Türkiyədə respublika kəşfiyyatının rəhbəri və İsrailin Baş Təhlükəsizlik Xidmətinin direktoru arasında görüş olub. Bu barədə İsrail mediası yazıb.

Onların məlumatına görə, İbrahim Kalın və Ronen Bar ötən həftə sonu danışıblar. Söhbət zamanı tərəflər Qəzza zolağında atəşkəs rejiminə dair danışıqların bərpasına xüsusi diqqət yetiriblər.

Bundan əlavə, onlar girovların azad edilməsi məsələsindən, həmçinin Türkiyədən yardım almaq imkanından danışıblar, “The Times of Israel” xəbər verir.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr