AZ

ABŞ ATACMS raketləri ilə Rusiyaya ediləcək hücumlardan QORXUR

“Ukraynaya Amerika istehsalı olan ATACMS uzaqmənzilli qanadlı raketləri ilə Rusiyaya hücum etməyə icazə vermək Birləşmiş Ştatları böyük riskə məruz qoyub”.

Qaziler.az xəbər verir ki, bunu Amerikanın “The National Interest” jurnalının köşə yazarı Brandon Vayxert bildirib. Yazarın qeyd etdiyinə görə, ABŞ qorxur ki, Rusiya Silahlı Qüvvələri bu cür sursatla hücumu dəf edə bilsə, Moskva və Pekin Vaşinqtonun hərbi texnologiyasının zəifliyini dərk edəcək.

“Əgər Rusiya ATACMS hücumunu dəf edə bilsə, dünyanın qalan hissəsi, xüsusən də Çin başa düşər ki, ABŞ hərbi texnologiyası zəifdir və onun öhdəsindən gəlmək olar”, - Vayxert deyib.

Jurnalist xatırladıb ki, ATACMS əvvəlcə Soyuq Müharibənin qızışacağı halda ABŞ-nin Sovet İttifaqına qarşı mübarizəsi üçün yaradılıb. Vayxert həmçinin qeyd edib ki, raketlərin 300 kilometr uçuş məsafəsi Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün kifayət etmir. Bu baxımdan, ATACMS yalnız Kurskdakı hədəfləri hədəfə ala bilər.

“Rusiya böyük ölkədir və onun hərbi texnikasının böyük hissəsi döyüş əməliyyatlarından uzaqda, Uzaq Şərqdə istehsal olunur”, - deyə Vayxert bildirib.

QAZİLER.AZ

Seçilən
23
qaziler.az

1Mənbələr