Ukrayna Silahlı Qüvvələri ilk dəfə Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, müharibənin başlamasından 33 ay sonra Ukrayna Britaniyadan aldığı bu qabaqcıl silah növünü tətbiq edib.Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Cozef Bayden də Ukrayna ordusuna ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücumlar həyata keçirməyə icazə verib.
Britaniya Baş Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.