AZ

Kiyevdə təhlükəli durum - Səfirliklər işləri dayandırır

Almaniyanın Kiyevdəki səfirliyi Ukraynaya kütləvi hava zərbəsi endirilməsi xəbərlərinə görə məhdud vaxt çərçivəsində fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Kiyevdəki səfirliyimiz bu gün məhdud rejimdə işləyir. Müvafiq tədbirlər görmək üçün vəziyyətin inkişafı ilə bağlı yerləri həmkarlarımızla daimi əlaqə saxlayırıq”, - Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Onlar əlavə ediblər ki, diplomatik nümayəndəlik Ukraynada olan almanlar üçün açıq qalır.

Qeyd edək ki, Azərbaycanın Kiyevdəki səfirliyi də gözlənilən hərbi təhlükə ilə bağlı iş rejimində dəyişiklik etdiyini açıqlayəb.


Müəllif: Arzu
Seçilən
13
1
teleqraf.com

2Mənbələr