AZ

Belçikalı rəssamın əsəri hərracda 121,2 milyon dollara satılıb

Bakı. Trend:

Belçikalı sürrealist rəssam Rene Maqrittin “İşıq imperiyası”adlı tablosu Nyu-Yorkda “Christie's” hərracında 121,2 milyondollara satılıb.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləriüçün rekord qiymətdir.

Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxstelefon vasitəsilə alıb.

“İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edəneyniadlı 17 rəsm seriyasıdır. Səciyyəvi cəhəti ondan ibarətdir ki,evlər və ağaclar gecə işığında, onların üzərindəki səma isə gündüzişığında çəkilib.

“Christie's” tərəfindən satılan rəsm əsəri seriyanın ənböyüyüdür və hündürlüyü təxminən 1,2 metrdir.

Həmçinin, hərracda müasir amerikalı rəssam Edvard Ruşanın birtablosu 68,3 milyon dollara satılıb.

Seçilən
24
3
az.trend.az

7Mənbələr