Rusiya Prezidenti Vladimir Putin dünən yeni nüvə doktrinasını təsdiqlədi.
Bu addım, bəzi ekspertlər tərəfindən 3-cü dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirilir, digərləri isə bunu sadəcə bir blef hesab edirlər. Sual yaranır: əgər Putin, ABŞ və Avropanın Rusiyanın dərinliklərinə raket zərbələri endirmək üçün verdiyi icazəyə cavab olaraq bu doktrinanı təsdiqləyibsə, bu, doğrudan da nüvə müharibəsinin və eyni zamanda 3-cü dünya müharibəsinin başlanğıcı ola bilərmi?
Paytaxt sakinləri bu məsələyə necə yanaşır? Təhlükə həqiqətən qapımızdamı? Belə bir kritik məqamda Azərbaycan hansı mövqeyi tutmalıdır?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com