Millətlər Liqasının 5-ci turu çərçivəsində yarımçıq qalan Rumıniya - Kosovo matçı üçün qərar verilib.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, Kosovo millisinə matçda texniki məğlubiyyət və 6 min avro cərimə verilib.
Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da tamaşaçısız keçirəcək.
Xatırladaq ki, 15 noyabr tarixində qapılara qol vurulmamışdı və 90+3-cü dəqiqədə isə matç dayandırılmışdı. Buna səbəb rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi olub.
Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydandan çıxıblar və paltardəyişmə otağına yollanıblar. Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovalı Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub.
Bizim.Media