Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü N.Tağıyev “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov