Əfsanəvi qapıçı Canluici Buffon müsahibəsində futbolla bağlı maraqlı açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, son 20 ilin ən yaxşı komandalarının “Barselona” və “Real Madrid” klubları olduğunu açıqlayıb. Buffonun sözlərinə görə, 2015-ci ildəki “Barselona”nın heyəti uğurlu oyun nümayiş etdirib. Keçmiş qapıçı son 20 ilin ən yaxşı klubu kimi “Real Madrid”in 2017-ci ildəki heyətini də qeyd edib. ““Barselona” 2015 və “Real Madrid” 2017 son 20 ilin ən yaxşıları idi” deyən Buffon, "Yuventus" forması ilə bu iki güclü rəqibə uduzduğu Çempionlar Liqası finallarını xatırladıb və bu dövrlərin unudulmaz olduğunu vurğulayıb. Buffon Neymarı ayrıca tərfiləyib. O, braziliyalı ulduzun meydandakı istedadı ilə yanaşı xarakterinə də heyran olduğunu ifadə edərək, “Neymar həm oyunçu, həm də insan olaraq 5 “Qızıl top” almalı idi” - deyə bildirib.2015-ci ildə Çempionlar Liqasının finalını xatırlayan Buffon, "Matçın sonunda Messi əlini kürəyimə qoydu və dedi: "Gigi, biz formaları dəyişəkmi?. “Böyük oyunçular heç vaxt təkəbbürlü olmurlar” - deyə qeyd edib.