Rusiya prezidenti Vladimir Putinin Hindistana gözlənilən səfəri Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğu deməkdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, səfərin tarixləri hələ də müzakirə olunsa da, Moskva səfəri “səbirsizliklə gözləyir”. O əlavə edib ki, Kreml bu cür səfərlərə “böyük əhəmiyyət verir”.
“Baş nazir Modinin Rusiyaya iki səfərindən sonra indi prezident Putinin Hindistana səfəri var”, – Peskov paylaşıb.