AZ

Rusiyada tarix müəllimi Krıma görə həbsə atıldı

Rusiyanın Yekaterinburq şəhərində məhkəmə Krım körpüsündə baş verən partlayışla bağlı fikirlərinə görə müəllimi koloniyaya göndərib.

Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, Yekaterinburqdan olan müəllim terrora açıq şəkildə bəraət qazandırmaqda təqsirli bilinib.

Hərbi məhkəmə həmin şəxsi üç il müddətinə azadlıqdan məhrum edib. Hökm noyabrın 14-də çıxarılıb.

İş materiallarına görə, keçmiş tarix və ictimai fənlər müəllimi 9-cu sinifdə dərs deyərkən Krım körpüsündə baş vermiş partlayışı şərh edərkən, buna haqq qazandrıb.

Qeyd olunur ki, məhkum məhkəmə zalında nəzarətə götürülərək müşayiət altında cəzasını çəkdiyi yerə göndərilib.

Hökm hələ qanuni qüvvəyə minməyib.

Zaur, BakuPost
Seçilən
17
bakupost.az

1Mənbələr