Braziliya millisinin və "Real Madrid" klubunun ulduz futbolçusu Vinisius Juniora əslində Braziliyadan yox, Kamerundan olduğunu təsdiqləyən sertifikat təqdim olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçuya Uruqvayla görüşdən əvvəl Braziliya Futbol Federasiyası tərəfindən DNT (genetik kod vasitəsilə nukleotidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiyanın daşıyıcısı) testinin sertifikatı təqdim olunub.
Qeyd edək ki, Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin 12-ci turunda Braziliya və Uruqvay milliləri arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun