AZ

Ukrayna Rusiyanı bombaladı

ABŞ-nin uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisini hədəfə alan Ukrayna bu dəfə Böyük Britaniyadan aldığı uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə edib. Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Bildirilir ki, Ukrayna Rusiyaya Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərini buraxıb. Məlumata görə, Kursk vilayəti istiqamətində 10-dan çox raket atılıb. Hücumla bağlı əlavə məlumat verilməyib. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bəzi raketləri zərərsizləşdirdiyi deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə buna nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.

Seçilən
12
metbuat.az

1Mənbələr