AZ

Həmin sürücüləri 4 bal və 100 manat cərimə GÖZLƏYİR

Bəzi hallarda sürücülərə yol hərəkəti qaydalarını pozması ilə bağlı bildiriş gəlir. Bildirişə baxanda isə görür ki, görüntülərdəki avtomobil ona məxsus deyil, lakin qeydiyyat nişanı eynidir.

Modern.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev danışıb.

O bildirib ki, bəzi şəxslər texniki vasitələri çaşdırırlar. “Amma daha sonra nömrə dəyişirilibsə, kimin nömrəsinə cərimə gedirsə həmin adam şikayət etdiyi zaman məsələnin üstü açılır. Təkrar baxış keçirilən zaman avtomobilin markası, modeli və digər məlumatlar üzə çıxır. Bu zaman hansı nəqliyyat vasitəsi tərəfindən edildiyi məlum olur. Eyni zamanda onlar bu hallara yol verməklə, etdikləri qayda pozuntularına görə bütü hərəkət iştirakçılarına təhlükə yaradırlar”, - eksper İtv-yə açıqlamasında bildirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli qeyd edib ki, bu kimi sürücülər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə uyğun olaraq 4 cərimə balı və 100 manat məbləğində cərimə də nəzərdə tutulub:

“Dövlət qeydiyyat nişanına müdaxilə edilməsi zamanı xüsusi texniki vasitənin həmin nişanı aşkarlamasında çətinliklər yaranır və ya başqa şəxs barəsində elektron protokol tərtib olunur ki, bu da həmin şəxsin haqlı narazılığına səbəb olur”.

Seçilən
18
4
modern.az

5Mənbələr