AZ

Qazaxıstanla Azərbaycan arasında idman sahəsində əməkdaşlıq müzakirə olundu

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Qazaxıstan Respublikasının turizm və idman nazirinin müavini Yerjan Yerkinbayevi qəbul edib.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir müavini qinağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Ülviyyə Hacıyeva, Elvin Zeynalov, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Akmaral Jamalatova, Turizm Sənayesi Komitəsinin Daxili təhlil şöbəsinin müdiri Nurbol Bayzhanov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Daniyar Batalov iştirak ediblər.

Seçilən
1
6
fanat.az

10Mənbələr