AZ

Ukrayna yarım tonluq raketlərlə Rusiyadakı bu obyektə 12 zərbə endirdi: Rusiya və Şimali Koreya generalları...

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Böyük Britaniyanın icazəsindən sonra ilk dəfə Rusiya ərazisində hara “Storm Shadow” raketləri ilə zərbə endirdiyi açıqlanıb.

Musavat.com xəbər verir ki, “Defence Express” zərbələrin hədəfinin Kursk vilayətindəki obyekt olduğunu yazıb.

Analitiklərin fikrincə, zərbələr Maryino kəndində Rusiya Federasiyası Prezidentinin Administrasiyasına məxsus “Baryatinski malikanəsi” - sanatoriyası yaxınlığında yeraltı rabitə mərkəzinə endirilib. Ətraf ərazidə yaşayan sakinlər sosial şəbəkələrdə eyni nöqtədə 10 dəfədən çox partlayış olduğunu yazıblar: “Böyük ehtimalla söhbət adi bir rabitə qurğusundan deyil, Rusiyanın ərazidəki ordularının komandanlığının olduğu obyektdən gedir. Kursk bölgəsi və orada KXDR qoşunlarının fəaliyyət göstərdiyini nəzərə alsaq, Şimali Koreya generallarının da orada ola biləcəyi ehtimalı var”, - “Defence Express” yazır.

İnternetdə yayımlanan videolarda onlarla güclü partlayış səsi eşidilir. Onlardan bəziləri Rusiyanın hava hücumundan müdafiəsinin işi ola bilər, lakin rusiyalı Z-bloggerlər obyektə 12 “Storm Shadow” raketinin atıldığını iddia edirlər.

“Defence Express” bir obyektə bahalı və qıt olan raketlərin 12-nin birdən atılmasının orada bunkerdə həm rus, həm də Şimali Koreya generallarının olması ilə izah edir: ““Storm Shadow” məhz bu kateqoriyadan olan hədəfləri məhv etmək üçün nəzərdə tutulub, çünki onların 450 kq-lıq döyüş başlığı qorunan obyektləri məhv etmək üçün xüsusi olaraq hazırlanıb. Bu raketlərlə artıq oxşar komanda məntəqələri vurulub: lakin Ukrayna ərazilərində. Məsələn, Rusiyanın Qara Dəniz Donanmasının Verxnesadovoydakı ehtiyat komandanlığı”.

 

Musavat.com

Seçilən
81
18
musavat.com

10Mənbələr