Bunların isə bir neçə gün ərzində həll edilməli olduğu deyildi, “Qaradağ Lökbatan”la noyabrın 27-nə nəzərdə tutulan oyunun İmişlidə təşkili sual altına düşdü.
Maraqlıdı, “İmişli” bu iradları necə qəbul edir?
Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlovun “Football-plus.az”a söylədikləri:
“Birinci liqa üçün stadionumuz, demək olar, hazırdı. Sadəcə bizim hədəfimiz premyer-liqa səviyyəli bir stadion ortaya çıxarmaqdı. Bunun üçün, əlbəttə, ciddi vəsait, xərc və vaxt lazımdı. Amma birinci liqada Qəbələdən sonra ikinci stadiondu. Artıq 8-ci turun cədvəli açıqlanıb. Orda qeyd olunub ki, oyunumuz Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək. Yəni “Qaradağ Lökbatan”ı yenilənmiş meydançamızda qəbul edə biləcəyik”.
RÖYANƏ OĞUZ